Təlim proqramlarımız yerli qanunvericiliyin tələbləri və
beynəlxalq standartlar nəzərə alınaraq hazırlanmış və müvafiq
dövlət qurumları ilə razılaşdırılaraq təsdiq edilmişdir.
Təlimlərimiz sənaye,
istehsalat, ticarət, tikinti, nəqliyyat, ofis və digər sahələrin müxtəlif
kateqoriyadan olan işçi personalının sağlam və
təhlükəsiz şəraitdə işləmələrini təmin
etmək üçün
lazımi biliklərin öyrədilməsinə xidmət edir.
Təlim
kurslarının istədiyiniz dildə keçirilməsi, eləcə də, kursun
mövzular planının xidmət sahənizə uyğun tərtib olunması
mümkündür.
Təlim kursunun nəzəri və praktiki hissəsini mənimsəyən və müvəffəqiyyətlə bitirən dinləyicilərə sertifikat və vəsiqə təqdim edilir.
“Hündürlükdə işlərin
təhlükəsiz yerinə
yetirilməsi üzrə 1-ci, 2-ci və 3-cü qrup
işçilər” üçün nəzərdə tutulmuş mövzular.
- Hündürlükdə iş üzrə Qanunvericilik.
- Hündürlükdə iş üzrə normativ hüquqi aktlar.
- Yıxılma riskləri haqqında təsəvvür.İş yerinə baxış.
- Bədbəxt hadisələr və peşə xəstəliklərinin
araşdırılması.
- Hündürlükdə işlərin yerinə yetirilməsi.
Naryad-buraxılış.
- Briqada üzvlərinə nəzarət.
- Hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsini
sistemləri.
- FMV
istismarı, istifadəsi, verilməsi, qulluq və saxlanılması.
- Hündürlükdə yerinə yetirilən işlərin təhlükəsizliyinin təmin edilməsi.
- Hündürlükdə iş üzrə məsul şəxslərin təyin edilməsi.
- İşçilərin təlimatlandırılması.
- Praktiki üsullarla ilk yardımın göstərilməsi
metodları
- Qəza vəziyyəti və
xilasetmə işləri zamanı tədbirlər planının hazırlanması
- Təxliyyə və xilasetmə texnikasının əsasları
- İmtahan