Təlim proqramlarımız yerli qanunvericiliyin tələbləri və
beynəlxalq standartlar nəzərə alınaraq hazırlanmış və müvafiq
dövlət qurumları ilə razılaşdırılaraq təsdiq edilmişdir.
Təlimlərimiz
sənaye, istehsalat, ticarət, tikinti, nəqliyyat, ofis və digər sahələrin
müxtəlif kateqoriyadan olan işçi personalının sağlam və təhlükəsiz
şəraitdə işləmələrini təmin etmək üçün lazımi biliklərin öyrədilməsinə xidmət
edir.
Təlim kurslarının
istədiyiniz dildə keçirilməsi, eləcə də, kursun mövzular planının xidmət
sahənizə uyğun tərtib olunması mümkündür.
Təlim kursunun
nəzəri və praktiki hissəsini mənimsəyən və müvəffəqiyyətlə bitirən
dinləyicilərə müvafiq sertifikat verilir.