(+994 51) 777-50-76 / (+994 12) 525-52-58   office@constantaz.com

  
Tüstü bacalarının təmizlənməsi


    Yaşayış və digər təyinatlı binalarda tüstü bacalarının vaxtında təmizlənməsi payız-qış mövsümünə hazırlığın vacib elementlərindən biridir.

    Qazla işləyən sobaların və suqızdırıcıların istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi, tüstü bacalarının və havaçəkmə kanallarının işlək vəziyyətdə olmaması səbəbindən bir çox hallarda dəm qazından zəhərlənmə kimi xoşagəlməz hallar baş verir.

    Qazdan təhlükəsiz istifadə qaydalarına görə su qızdırıcılarının tüstü bacaları ildə bir dəfə, digər qızdırıcı cihazların tüstü bacaları isə istilik mövsümündən əvvəl mütləq təmizlənməlidir.

    Dəm qazından zəhərlənmələrin qarşısını almaq məqsədilə vətəndaşlara aşağıda qeyd olunan təhlükəsizlik qaydalarına əməl etmələrini tövsiyə edirik:

    - nasaz tüstü bacaları aidiyyəti orqanlar və mənzil sahibləri tərəfindən qış mövsümü başlananadək işlək vəziyyətə gətirilməlidir;

    - nasaz tüstü bacalarına qazla işləyən sobaların və suqızdırıcıların çıxış borularının qoşulması qadağandır;

    - qazla işləyən bir neçə soba və suqızdırıcının tüstü borusunu eyni vaxtda bir tüstü borusuna qoşmaq olmaz. Çünki belə hallar dəm qazının birbaşa mənzilə dolmasına və zəhərlənməyə səbəb olur;

    - mənzillərdə təmir işləri aparılarkən tüstü bacalarını və havaçəkmə kanallarını sökmək, zədələmək və ya onların qarşısını tutmaq olmaz;

    - tüstü bacasının içərisindən su və qaz xətlərinin çəkilməsinə yol verilməməlidir. Çünki tüstü bacasının divarının zədələnməsi və ya uçması nəticəsində onların tutulması və yararsız vəziyyətə düşməsi baş verir;

    - yadda saxlamaq lazımdır ki, tüstü bacalarının təmizlənməməsi həyatınız üçün ciddi təhlükədir.

         Qaydalara biganəlik həyatınız üçün təhlükədir!


    Sorğu göndər