Yanğın avtomatikası - yanğın söndürmə qurğuları, yanğın siqnalizasiya sistemləri, həyəcan bildirişi və bildirişin ötürülmə üsullarının avtomatik fəaliyyətini təmin edən texniki vasitələr kompleksidir.
Yanğınsöndürmə qurğusu – odsöndürücü maddənin verilməsi hesabına yanğının söndürülməsi
ücün stasionar texniki vasitələrin məcmusudur.
Avtomatik sulu yanğın söndürmə sistemləri müvafiq normalara uyğun olaraq suvarma kanalının növünə görə
sprinkler və drençerli söndürmə sistemlərə bölünürlər.
Sprinkler söndürmə sistemi hava
və ya su ilə doldurulmasına görə qidalandıran və bölüşdürən borular su ilə
doldurulan, hava ilə doldurulan, hava və su ilə doldurulanlara bölünürlər.
Drençerlı söndürmə sistemləri ötürücünün növünə görə aşağıdakılara bölünürlər:
• elektrikli
• hidravlik
• pnevmatik
• mexaniki
• kombine edimiş
Avtomatik yanğın söndürmə sistemlərinin məqsədi: yanğınların ilkin mərhələdə xəbərdar edilməsi, lokallaşdırılması və söndürülməsidir.
Baş verə biləcək yanğınların xəbərdar edilməsi (qarşısının alınması) insanların həyat və sağlamlığı üçün daha təhlükəsiz və iqtisadi cəhətdən daha sərfəlidir!