Təlim proqramlarımız yerli qanunvericiliyin tələbləri və
beynəlxalq standartlar nəzərə alınaraq hazırlanmış və müvafiq
dövlət qurumları ilə razılaşdırılaraq təsdiq edilmişdir.
Təlimlərimiz sənaye, istehsalat, ticarət, tikinti,
nəqliyyat, ofis və digər sahələrin müxtəlif kateqoriyadan olan işçi
personalının sağlam və təhlükəsiz şəraitdə işləmələrini təmin etmək üçün
lazımi biliklərin öyrədilməsinə xidmət edir.
Təlim kurslarının istədiyiniz dildə keçirilməsi, eləcə də, kursun
mövzular planının xidmət sahənizə uyğun tərtib olunması mümkündür.
Təlim kursunun nəzəri və praktiki hissəsini mənimsəyən və
müvəffəqiyyətlə bitirən dinləyicilərə sertifikat verilir.