Təlim proqramlarımız yerli qanunvericiliyin tələbləri və beynəlxalq standartlar nəzərə alınaraq hazırlanmış və müvafiq dövlət qurumları ilə razılaşdırılaraq təsdiq edilmişdir.
Təlimlərimiz sənaye, istehsalat, ticarət, tikinti, nəqliyyat, ofis və digər sahələrin müxtəlif kateqoriyadan olan işçi personalının sağlam və təhlükəsiz şəraitdə işləmələrini təmin etmək üçün lazımi biliklərin öyrədilməsinə xidmət edir.
Təlim kurslarının istədiyiniz dildə keçirilməsi, eləcə də, kursun mövzular planının xidmət sahənizə uyğun tərtib olunması mümkündür.
Təlim kursunun nəzəri və praktiki hissəsini mənimsəyən və müvəffəqiyyətlə bitirən dinləyicilərə sertifikat verilir.