(+994 51) 777-50-76 / (+994 12) 525-52-58   office@constantaz.com

  

Ölkəmizdə, bütün sahələrdə olduğu kimi sənaye və istehsalat sahəsində də surətli iqtisadi inkişaf, elmi-texniki tərəqqi, yeni texnika və texnologiyaların tətbiqi müşahidə olunur. Yeni üsul və texnologiyaların tətbiq olunması öz müsbət tərəfləri ilə yanaşı, insan sağlamlığına ziyan vura bilən, arzu olunmaz halların meydana gəlməsi ilə nəticələnə bilir. Müxtəlif  təyinatlı müəssisələrdə və peşə sahələrində  Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM), yanğın təhlükəsizliyi,  zədələnmə risklərinin azaldılması, risklərin idarə olunması, müəssisələrdə düzgün idarəetmə sistemlərinin tətbiqi və müvafiq tələblərə uyğun olması, işçilərin bilik və bacarıqlarının artırılması zərurəti yaranır.

Bu istiqamətdə “Constant Consulting and Engineering Services” şirkəti Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən idarə, müəssisə və müxtəlif təşkilatların əməkdaşlarının təhlükəsiz və sağlam şəraitdə işləməsini təmin etmək məqsədi ilə təlim-tədris, audit, yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası İSO 9001-2015 (Keyfiyyət İdarəetmə Sistemi), İSO 45001-2018 (Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi) və digər beynalxalq standartların  tətbiqi, konsultasiya və mühəndis xidmətlərini həyata keçirir.

Məqsədimiz:

Müəssisələri baş verə biləcək yanğınlardan qorumaq, müvafiq qanunvericilik aktlarının və beynəlxalq standartların tələblərinə cavab verən tədris  proqramlarının tərtib olunması və təlim-tədrisin təşkili, təhlükəsiz idarəetmə sistemlərinin tətbiqi, risklərin idarə olunması metodikasının oyrədilməsi və  fəaliyyət növündən asılı olmayaraq hər bir sənaye, istehsalat, tikinti, ticarət, nəqliyyat  və digər müəssisələrdə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında koməklik göstərməkdir.


Üstünlüklərimiz:

v  Təcrübəli personal

v  Yüksək maddi texniki baza

v  Yerli və Beynəlxalq təcrübə

v  Müxtəlif ixtisaslar üzrə təlim kursları

v  Təcrübi və nəzəri  biliklər

v  Keyfiyyət və qiymət siyasəti

v  Fərdi yanaşma prinsipi və s.

   

Sertifikat və lisenziyalar:



  Sizin təhlükəsizliyiniz, bizim məqsədimizdir!