(+994 51) 777-50-76 / (+994 12) 525-52-58   office@constantaz.com

  
Avtomatik yanğınsöndürmə sistemlərinin quraşdırılması





    Yanğın avtomatikası - yanğın söndürmə qurğuları, yanğın siqnalizasiya sistemləri, həyəcan bildirişi  və bildirişin ötürülmə üsullarının avtomatik fəaliyyətini təmin edən texniki vasitələr kompleksidir.




    Yanğınsöndürmə qurğusu – odsöndürücü maddənin verilməsi hesabına yanğının söndürülməsi ücün stasionar texniki vasitələrin məcmusudur.


    Avtomatik sulu yanğın söndürmə sistemləri müvafiq normalara uyğun olaraq suvarma kanalının növünə görə 

    sprinkler və drençerli  söndürmə sistemlərə bölünürlər.


    Sprinkler söndürmə sistemi hava və ya su ilə doldurulmasına görə qidalandıran və bölüşdürən borular su ilə doldurulan, hava ilə doldurulan, hava və su ilə doldurulanlara bölünürlər.

    Drençerlı söndürmə sistemləri ötürücünün növünə görə aşağıdakılara bölünürlər:

    • elektrikli

    • hidravlik

    • pnevmatik

    • mexaniki

    • kombine edimiş

    Avtomatik yanğın söndürmə sistemlərinin məqsədi: yanğınların ilkin mərhələdə xəbərdar edilməsi, lokallaşdırılması və söndürülməsidir.




      






    Baş verə biləcək yanğınların xəbərdar edilməsi (qarşısının alınması) insanların həyat və sağlamlığı üçün daha təhlükəsiz və iqtisadi cəhətdən daha sərfəlidir!



    Sorğu göndər